...

"Tin Uşaqları" qrupu: "Kişi müğənnilərinə qalmaqal etmək yaraşmır"

Cəmiyyət Materials 8 Oktyabr 2007 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Deyirlər ki, milliləşən Azərbaycan şou-biznesində şou yox, toy biznesi hökm sürür. Maraqlısı ondadır ki, bunu sənət dünyasına aid olan insaların özləri də etiraf edirlər. Lap elə "Tin Uşaqları" qrupunun solistləri Oleq və Sədrəddin kimi. TrendLife - a danışan qrup üzvlərindən biri Sədrəddin, ilk olaraq, gündəmdə olmamalarına aydınlıq gətirdi: " Soruşursunuz, mən də deyim ki, əslində, gündəmdə olmamağımızın özü bir sirdir. Açması da ondan ibarətdir ki, hər şey xüsusi siyasət əsasında qurulub. Yəni biz nə qədər kənarda olsaq yaxşıdır".

Qalmaqal etməyi də özlərinə ayıb bilən "Tin Uşaqları", görün bu məsələyə necə don geyindirilər: "Ümumiyyətlə, bu da bizə zidd olan bir şeydir. Ayıbdır, bu yaşda kiminləsə söz-söhbətə qol qoyub, onu şişirdək. Səmimiyyətlə söyləyirəm ki, kişi müğənnilərə yaraşmır-qalmaqal etmək. Qadınları, hardasa, başa düşmək olar...

Sədrəddin özlərinin yeni xəbərlərindən də bizləri hali etdi: "Oktyabrın 10-da axşam saat 18:00-da "Niaqara" restoranında bizim ilk diskimizin təqdimatı olacaq. Azərbaycanda şanson musiqisinin kralı olan Aydınçiklə və bənzərsiz səsi ilə seçilən müğənnni Tacir Şahmalıoğlu ilə ifa etdiyimiz duetlər bu albomumuzda yer alıb. Həm sizi, həm də bütün "Tin Uşaqları"nın zövqlü dinləyicilərini bu sevincimizə şərik olmağa çağırıram".

Xəbər lenti

Xəbər lenti