...

Avropa birinciliyinin Azərbaycan – Albaniya seçmə oyununu sloveniyalılar idarə edəcək

Cəmiyyət Materials 9 Oktyabr 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Oktyabrın 17-də Bakıda baş tutacaq Avropa çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan - Albaniya oyununu FİFA-nın Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

AFFA-dan Trend ə verilən məlumata görə, baş hakim Robert Kranjç, onun köməkçiləri isə Robert Zirnsteyn və Boən Ul olacaq. Oyunda dəyişikliyi həyata keçirəcək və texniki zonada stabilliyə nəzarət edəcək dördüncü hakim vəzifəsini Peter Sart öz üzərinə götürəcək.

Qarşıdakı oyun prinsipial oyun vəd edir. Belə ki, Şakir Qəribovun yetirmələri seçmə tur çərçivəsində hələ bir xal belə qazanmayıblar. Rəqibi Albaniya isə, 4 hesab xalına malikdir. Bununla yanaşı, "A" qrupunda liderliyi Yunanıstan və İtaliya bölüşürlər. Onların ardınca Xorvatiya qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti