...

UEFA-nın Macarıstandan olan inspektoru Azərbaycan – Portuqaliya oyununa təyin olunub

Cəmiyyət Materials 9 Oktyabr 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Macarıstandan olan dünya şöhrətli keçmiş hakim oktyabrın 13-də Avropa çempionatının seçmə turu çərçivəsində T.Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyununun inspektoru vəzifəsində Bakıya gələcək.

AFFA-dan Trend ə verilən məlumata görə, qarşıdakı məsuliyyətli görüşün komissarı Bolqarıstan təmsilçisi İvan Lekov olacaq. O, oyun öncəsi stadionun nə dərəcədə hazır olmasını nəzərdən keçirmək məqsədilə növbətçi yoxlama aparacaq. Ş.Pulanın xidmətlərinə, görüş hakimlərinin fəaliyyəti və keçiriləcək oyuna qiymət vermək daxildir.

Portuqaliyalılar Avro - 2008 - in final mərhələsinə çıxma şansları olan Polşa və Finlandiyadan geri qalaraq, "A" qrupunda, hələ ki, 3-cü yerdə qərarlaşıblar.

Xəbər lenti

Xəbər lenti