...

Voleybolçu Linda Maksimenkonun Azərbaycan yığmasında gələcək çıxışı qeyri- müəyyəndir

Cəmiyyət Materials 10 Oktyabr 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Lida Maksimenkonun Azərbaycan voleybol yığmasındakı gələcək taleyi hələ müəyyən olunmayıb.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, Ukraynadan olan oyuncunun vətəndaşlıq hüququ ilə bağlı bütün sənədlər qaydasındadır. Lakin idmançının yeni vətəninin komandası uğrunda çıxışı üçün Beynəlxalq Federasiyanın Administrasiya Şurasının rəsmi "Razılıq"ını almaq lazımdır. "Problem ondadır ki, bu orqan iki ildə bir dəfə iclas keçirir. Ona görə Lindanın qarşıdakı rəsmi görüşlərdə komandanın heyətində oynama perspektivi qeyri-müəyyəndir" - deyə Gözəlbəyli əlavə edib.

Maksimenko Heydər Əliyev Kubokunda yığmada çıxış edib. Lakin Avropa Qran-Prisi, Belçika və Lüksemburqda keçirilən qitə birinciliyinin oyunları zamanı meydana çıxa bilməyib.

Xəbər lenti

Xəbər lenti