Azərbaycan, Bakı, 10 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/
Müğənni Rəqsanənin bacısı Ellada İsmayılovanın azadlığa buraxılması xəbəri, yenidən hər kəsin diqqət mərkəzində saxladığı məlumatlara liderlik edir. Məlumuat üçün bildirək ki, bu xanımın adı qadın alverində hallandırıldığına görə, cinayət məsuliyyətinə cəlb olunmuşdu. İndi, deyəsən hər şey geridə qalıb. Rəqsanə yenidən özündə güc tapıb, yarımçıq qalmış işlərini davam etdirməyə çalışır. Özü də, yenidən eks prodüseri Tolikin köməyinə arxalanaraq. Bu xəbərimizin Rəqsanənin indiki durumu ilə heç bir əlaqəsi olmasa da, müğənninin özünə birbaşa aidiyyatı var.
Belə ki, bir vaxtlar ən sadiq işçisi kimi bizlərə tanıtdığı Təranənin dünyaya heç vaxt övlad gətirə bilməyəcəni onun başına qaxınc edən İsmayılovanın arzusu gözündə qalacaq. Bu açıqlamanı TrendLife-a Təranə və həyat yoldaşı müğənni Kərim, Rəqsanənin bu istəyinin baş tutmayacağını əminliklə söylədilər. Öncə Kərim danışdı: "Həmin qadın söyləmişdi ki, guya bizim uşağımız olanda, o, qulağını kəsəcək. Pərəstişkarlarıma şad, ona isə bəd xəbərim var. Yəni, biz artıq ilk övladımızın düyaya gəlməsini gününə start verdik. 100 faiz bilirəm ki, TrendLife-ı Rəqsanə oxuyur. Odur ki, ismarıcımı sizin vasitənizlə deyirəm ki, ay Rəqsanə, gəl bıçağını apar. Hədiyyə aldım ki, qulağını kəssin".
Təranə isə, olub-bitənlərə bu cür şərh verdi: "O, yenə də məni günahkar bilir bu söz-söhbətlərin yayılmasında. Amma, mən də onu bu mübarək Ramazan günlərində Allaha tapşırmışam. Və çəkdiyim əziyyətləri ona halal etmirəm".