...

Müğənni Xumar Qədimova: "Siz heç vaxt Xumar xanımı itirməyəcəksiniz"

Cəmiyyət Materials 11 Oktyabr 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı 11 oktyabr /müx. " Şahin Cavadsoy/

Bu yaxınlarda Xumar Qədimova "Gəl inad etmə" mahnısına klip çəkdirib. Klipin rejissoru Laçın Allahverdiyev idi. Lakin çəkiliş prosesində Xumar öz fikirlərini irəli sürüb. "Mən pərəstişkarlarıma maraqlı iş təqdim etdim. Lakin ənənəmə sadiq qalaraq bu klipimə də təqdimat etmədim. Xumar xanım sadəliyi sevir" - deyə xanım Qədimova qeyd etdi.

Xumar Qədimova həmçinin yerli şou-biznes ifaçılarının Türkiyəyə getməyindən də danışdı: "Mən nəyə görə hamıya elan etməliyəm ki, xaricə dəvət almışam? Xumar xanım bunun tərəfdarı deyil. Mən ola bilər ki, hansısa layihəni gerçəkləşdirmək üçün Türkiyəyə getdim. Getsəm bunu çox sakit edəcəm, yəni heç kimə elan etməyəcəm".

"TrendLife" müxbiri müğənniyə daha bir sualla müraciət etdi:

- Ola bilərmi ki, yerli şou-biznes nə vaxtsa Xumar Qədimovanı itirsin?

- Bu heç vaxt olmayacaq. Siz Xumar xanımı heç vaxt itirməyəcəksiniz. Xumar xanım fəxr edir ki, azərbaycanlıdır. Necə deyərlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mən hələ çox illər öz xalqıma xidmət edəcəm.

Xəbər lenti

Xəbər lenti