...

Dövlət orqanlarındakı vakant vəzifələrə imtahan keçiriləcək

Cəmiyyət Materials 11 Oktyabr 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə /Azərbaycanın 25 dövlət orqanında vakant olan 383 dövlət qulluğu vəzifəsinin tutulması üçün oktyabrın 20-də test imtahanı keçiriləcək. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan cümə axşamı Trend ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1848 namizəd qeydiyyata alınıb.

Namizədlər əsasən Dövlət Miqrasiya Xidməti (27 vakant vəzifə üzrə 356 namizəd), İqtisadi İnkişaf Nazirliyi (34 vakant vəzifə üzrə 249 namizəd), Gənclər və İdman Nazirliyi (22 vakant vəzifə üzrə 193 namizəd) və Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki (30 vakant vəzifə üzrə 186 namizəd) vakant vəzifələrə maraq göstərirlər.

Namizədlərə kömək etmək üçün test imtahanında namizədlərə təqdim ediləcək sualların və onların tərtib olunduğu mənbələrin bankı Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnternet səhifəsində yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti