...

Kinorejissor Ramiz Fətəliyev: "Kukla" filminin çəkilişləri mayda bitəcək

Cəmiyyət Materials 11 Oktyabr 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bu yaxınlarda "Kukla" filminin çəklişləri başlayacaq. Bu haqda TrendLife-a filmin müəllifi Ramiz Fətəliyev xəbər verib. Onu da qeyd edək ki, filmin rejissoru Çingiz Rəsulzadədir. Ramiz Fətəliyevin verdiyi məlumata görə: "Filmin çəklişlərinə biz noyabrda başlamalı idik. Lakin bəzi kadrların yayda çəkilməsi vacibdir. O üzdən, bəzi kadrların çəkilməsinə məhz indidən başlamışıq. Sonra bir az dincəlib, çəklişlərin davamına, planlaşdırdığımız kimi, noyabr ayında başlayacağıq. Filmdə əsas rolları altı gənc oynayacaq. Bunlar 17 yaşından 20 yaşına qədər olan aktyorlardır. "Kukla" filminin çəkilişlərini may ayına qədər yekunlaşdırmaq istəyirik. Onu da qeyd edək ki, filmdə 80-ci illərin sonlarında , 90-cı illərin əvvəllərində baş verən hadisələrdən danışılır.

Xəbər lenti

Xəbər lenti