...

Mayestro Ceyhunu yeni layihələr düşündürür

Cəmiyyət Materials 15 Oktyabr 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Həmişə, hər yerdə operativliyi ilə seçilən TrendLife, ötən gün "Mayestro" ləqəbiylə şou-dünyasında tanınıb-qəbul edilən skripka ifaçısı Ceyhun İsmayılovun Opera və Balet teatrıda düzənlədiyi konsert proqramından ətraflı məlumat vermişdi. Bugünkü məlumatımız isə, konsert sonra, Ceyhunun fikirlərilə bağlıdır. Pərdələr bağalanan kimi əlinə dəsmal alıb tərini silmək istəyən sənətçini yaxalayıb, ürəyindən keçən sözləri öyrənməyə müvəffəq olduq: " Bütün çıxışlarımda - fərqi yoxdur ya restoran olsun, ya da dünyaca məşhur səhnələrdə-- çalışıram ki, dinləyicilərə zövqlü musiqi bəxş edib, onları zövqlərini oxşayım. İndi də çox sevinirəm ki, tamaşaçılar məndən razı qaldılar. Anşlaq, gül-çiçək yağışına tuş gəlməyim buna əyani sübutdur. Bu isə o deməkdir ki, Ceyhun yenidən layihələr üzərində işləməyə başlamalıdır. Sözsuz ki, rəhbəri olduğum "Odlar Yurdu" ansamblının üzvləri ilə birgə".

Xəbər lenti

Xəbər lenti