...

Qərbi Avropanın soyuq atmosfer havası Azərbaycana daxil olub

Cəmiyyət Materials 16 Oktyabr 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qərbi Avropanın soyuq atmosfer cəbhəsinin Azərbaycana daxil olması nəticəsində ölkədə oktyabrın 19-na kimi hava şəraiti qeyri-sabit keçəcək, çərşənbə axşamı Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, hesabat dövründə havanın temperaturu iqlim normasından aşağı olacaq, güclü külək əsəcək. Tağıyeva bildirib ki, bu müddətdə Bakı və Abşeron yarımadasında, əksər rayonlarda yağış yağacaq. Bəzi yerlərdə yağışlar intensivləşəcək. Oktyabrın 18-i günorta saatlarından sonra havanın nisbətən mülayimləşəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti