...

Bu il Ali Məhkəmədə baxılan işlərin sayı azalıb

Cəmiyyət Materials 16 Oktyabr 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu ilin 6 ayında Ali Məhkəmədə baxılan işlərin sayı azalıb. Ali Məhkəmədən Trend ə verilən məlumata görə, 6 ayda Ali Məhkəmədə ümumilikdə 1882 işə baxılıb. Ötən ilin müvafiq dövründə isə Ali Məhkəmədə baxılmış işlərin sayı 2045 olub.Həmin işlərdən 1473-nə mülki işlər üzrə kollegiyada, 204-nə iqtisadi işlər üzrə kollegiyada, 347-nə isə cinayət işləri üzrə kollegiyada, 58-nə hərbi işlər üzrə kollegiyada, 13-ə isə Plenumda baxılıb.Ötən illə müqayisədə düzgün və əsaslandırılmış hüquqi məsləhətlər almaq üçün vətəndaşların verdikləri şikayət və ərizələrin sayı da 12,3 faiz azalıb. Qeyd olunub ki, ərizələrin ümumi sayından əlavə kassasiya şikayətinin verilməsi ilə bağlı olan müraciətlərin sayı da 22,4 faiz aşağı düşüb.Ali Məhkəmədən bildirilib ki, məhkəmə qərarlarından verilən şikayətlərin faizinin azalması qərarların əksəriyyətinin qanuni, əsaslı, ədalətli olduğunu və məhkəmə sisteminin sabitliyini göstərir.

Xəbər lenti

Xəbər lenti