...

Boks üzrə Azərbaycan yığmasının dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşdirilib

Cəmiyyət Materials 16 Oktyabr 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Boks üzrə Azərbaycan yığmasının məşqçi qərargahı oktyabrın sonunda Çikaqoda start götürəcək dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşdirib.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, komandanın məşqçisi Məmməd Eyvazov əsas heyətdə Ceyhun Əbiyev ( 48 kq), Samir Məmmədov ( 51 kq), Elşən İsmaylov ( 54 kq), Şahin İmranov ( 57 kq), Romal Amanov ( 60 kq), Emin Məhərrəmov ( 64 kq), Ruslan Xairov ( 69 kq), Raqib Bəylərov ( 75 kq), Cavid Tağıyev ( 81 kq), Elçin Əlizadə ( 91 kq) və Azər Məmmədova (+91kq) etibar etməyi qərara alıb.

Belə olan halda, məşqçi nəinki yarışın medalları, həmçinin Olimpiya lisenziyası uğrunda mübarizə apara biləcək təcrübəli boksçulara güvənməyi qərara alıb. Bundan əlavə mundialın yekununda hər çəki dərəcəsində ilk beş yeri tutan boksçu Pekin Olimpiadasına vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti