...

Reketçiliklə məşğul olan 46 mətbu orqan "Azərbaycan" Nəşriyyatından çıxarılıb

Cəmiyyət Materials 17 Oktyabr 2007 12:26 (UTC +04:00)
Reketçiliklə məşğul olan 46 mətbu orqan "Azərbaycan" Nəşriyyatından çıxarılıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Reketçiliklə məşğul olan 46 qəzet və jurnal "Azərbaycan" Nəşriyyatından çıxarılıb, çərşənbə günü nəşriyyatın direktoru Ağabəy Əsgərov bildirib. Onun sözlərinə görə, hazırda reketçiliklə məşğul olan mətbu orqanların nəşriyyatdan çıxarılması üçün monitorinq davam etdirilir.

"İlkin hesablamalara görə, reketçiliklə məşğul olan daha 15 qəzet və jurnal nəşriyyatdan çıxarılacaq" Əsgərov deyib.

Nəşqiyyatda 170 qəzet və jurnal yerləşir. Nəşriyyatdan çıxarılan qəzet və jurnalların yerinə sanballı mətbu orqanlar yerləşdirilir. Monitorinqlər iki ilə qədərdi davam etdirilir.

Əsgərov bildirib ki, nəşriyyata borclu olan qəzet və jurnalların borclarının silinməsi üçün yollar axtarılır. Nəşriyyat direktoru borcun məbləğinin dövlət sirri olduğundan bu barədə açıqlama verməyib.

Xəbər lenti

Xəbər lenti