...

Prodüser Təranə Səmədova: "Mən Rəqsanənin əsl simasını sizə göstərəcəm"

Cəmiyyət Materials 17 Oktyabr 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Müğənni Rəqsanə İsmayılovanın keçmiş prodüseri Təranə Səmədova sübutlarıyla media önünə çıxacaq. Təranə TrendLife-a verdiyi məlumatda iddia etdi ki, o, oktyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində(BMM) keçirəcəyi konfrans zamanı, İsmayılovanın əsl simasını jurnalistlər üçün açacaq: "Bəli, həmin gün bütün media mənsubları çox maraqlı faktlarla tanış olacaqlar. Qısaca onu deyə bilərəm ki, həmin gün onun iç üzü açılacaq. Səsi yazılan kaseti media mənsublarına dinlətdirəcəm. Əminəm ki, fakt qarşısında qalacaq, Rəqsanənin kim olduğu hər birinizə yaxşıca bəlli olacaq".

Bəs görəsən, Rəqsanənin bu tədbirdən xəbəri var? Müğənninin yerinə danışan indiki prodüseri Tolik, sərt reaksiya göstərmədən, Rəqsanənin adından, qarşı tərəfə belə bir mesaj göndərdi: "Heyf, həmin gün Bakıda yox, Moskvada olacağam. Yoxsa BMM-ə gedib, onlara necə lazımdırsa, cavab verərədim. Amma, Rəqsanənin adından da söyləyə bilərəm ki, Təranənin dedikləri qətiyyən onu rahatsız etməyəcək. Qoy nə istəyir, desin!".

.

Xəbər lenti

Xəbər lenti