...

Rəqqasə Fatimə də müğənnilik edəcək

Cəmiyyət Materials 17 Oktyabr 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Səhnəyə rəqqasə kimi çıxan, oriental rəqslərlə populyarlıq qazanan şou-biznesin bəzi qadın nümayəndələri daha sonra müğənnilik etməyə başlayırlar. Bu sıraya rəqqasə Fatimə də qoşulacaq. Trendlife-a açıqlamasında Fatimə bildirib ki, tədricən oriental rəqslərlə vidalaşmağa çalışır: "Qızım Aydan artıq böyüyür. Bilirsiniz ki, mən onu atasız böyüdürəm, yəni hər iki valideynin funksiyasını yerinə yetirirəm. İstəmirəm ki, qızım böyüyəndə kiminsə yanında başıaşağı olsun. Axı oriental rəqs bizim mentalitetimizə yaddır. Belə rəqsləri tədricən atacam". Fatimə bildirib ki, tezliklə onunla bağlı şok xəbərin şahidi olacağıq. Bu barədə ətraflı danışmaq istəməyən rəqqasə "Bircə onu deyə bilərəm ki, məni bu yaxınlarda verilişlərin birində müğənni kimi sınayacaqlar. Bəlkə elə orada səsim açıldı"- deyə bildirib. Nə deyirik, ay göyçək Fatimə, təki arzuların çin olsun.

Xəbər lenti

Xəbər lenti