...

Prezident aparatının rəsmisi bəzi xarici donorların Azərbaycanda sosial layihələrə qrant ayırmaması ilə razılaşmır

Cəmiyyət Materials 17 Oktyabr 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bəzi xarici donorlar Azərbaycanın sosial problemlərinin həlli ilə bağlı qrant layihələrinin həyata keçirilməsində fəaliyyətlərini məhdudlaşdırıblar, çərşənbə günü beynəlxalq donor təşkilatları və Azərbaycanın QHT ilə keçirilən görüşdə Prezidentin İcra Aparatının hüquq - mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. Onun sözlərinə görə, beynəlxalq donor təşkilatlar Azərbaycandakı qaçqınlarla bağlı layihələri maliyyələşdirməkdən imtina edib, həmçinin, uşaq hüquqlarının qorunması ilə bağlı layihələri maliyyələşdirmir. Ələsgərov bildirib ki, Azərbaycan höküməti bu tendensiyanın aradan qaldırılması üçün müvafiq işlər görməyə başlayır. Dövlət rəsmisinin bildirdiyinə görə, Azərbaycan höküməti donor kimi iştirak etdikdə bu cür məsələlərə ciddi diqqət yetirəcək.

Azərbaycanda QHT -rının dövlət tərəfindən maliyyələşdirilməsinə dair Konsepsiya hazırlanır. Konsepsiyaya əsasən, QHT-lərlə iş üzrə dövlət qurumu yaradılacaq.

Ələsgərov bildirib ki, QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsində əsas diqqət, şəffaflıq, tərəfdaşlıq prinsiplərinə yönəldiləcək.

Onun söz lərinə görə, dövlət vəsait ayıran zaman QHT-ləri bərabərlik prinsipi ilə təmin edəcək. Dövlət rəsmisi hesab edir ki, QHT-lər qrant layihələrini həyata keçirərkən mütləq qrant müqaviləsini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidir.

Xəbər lenti

Xəbər lenti