...

Azərbaycan güləşçisi Elbrus Məmmədov hərbçilər arasında Oyunlarda bürünc medal qazanıb

Cəmiyyət Materials 17 Oktyabr 2007 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , Z.Səfərov/ Azərbaycan yığması Heydərabadda (Hindistan) keçirilən hərbçilər arasında Ümumdünya Oyunlarında ilk medalını qazanıb.

Trend in verdiyi məlumata görə, komandanın heyətində siftəni bürünc medal qazanan yunan-roma güləşçisi Elbrus Məmmədov ( 66 kq) edib. Belə ki, yarışın birinci görüşündə o, Rusiyadan olan rəqibinə məğlub olub. Lakin təsəlliverici görüşlərdə Tunis və Ukraynadan olan pəhləvanlardan üstün olaraq, üçüncü yeri tutub. Tezliklə xalça üzərinə digər Azərbaycan güləşçiləri çıxacaq, yığma bir neçə medal da qazanaraq, nailiyyətni artıracaq.

Oyunlarda kollektiv, cüdo, güllə atıcılığı, yüngül atletika da daxil olmaqla, idmanın beş növü ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti