...

Vətəndaşın informasiya sorğusu ilə bağlı Milli Məclisə qarşı iddiasına yenidən baxılacaq

Cəmiyyət Materials 18 Oktyabr 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Ali Məhkəmə vətəndaşın informasiya sorğusuna baxılmasından imtina barədə aşağı instansiya məhkəmələrinin qərarlarını rədd edib. Media Hüquq İnstitutundan cümə axşamı Trend ə verilən məlumata görə, Ali Məhkəmə Səbail rayon məhkəməsinin və Apellyasiya Məhkəməsinin qərarlarının qəbulu zamanı prosessual pozuntulara yol verildiyini aşkarlayıb və həmin qərarları ləğv edərək, iddiaya yenidən baxılması üçün Səbayel rayon məhkəməsinə qaytarıb.

Bakı Dövlət Universitetinin müəllimi Müşfiq Tahirov ötən il Milli Məclisə informasiya sorğusu verərək, parlamentin 2000-2005-ci illər ərzində keçirdiyi açıq səsvermələrin adbaad nəticələri barədə məlumat istəyib. MM-in Daxili Nizamnaməsində qeyd olunub ki, açıq səsvermənin adbaad nəticələri mütləq tərtib olunmalıdır. "İnformasiya əldə etmək haqqqında" Qanuna görə, bu məlumatlar açıq məlumatlardır.

Milli Məclis Aparatı Tahirovun sorğusuna cavab olaraq bildirib ki, parlament açıq səsvermənin adbaad nəticələrini tərtib etmədiyindən, sorğunun cavablandırılması mümkün deyil.

Vətəndaş bu cavabdan sonra bu ilin fevralında məlumat almaq və informasiya əldə etmək hüququnun pozunlması ilə bağlı MM-ə qarşı Səbail rayon məhkəməsində iddia qaldırıb.

Səbail rayon məhkəməsi isə, MM Aparatına qarşı iddianın yolverilməzliyini əsas gətirərək, ona baxmaqdan imtina edib. Apellyasiya Məhkəməsi də Səbal rayon məhkəməsinin bu qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti