...

Vüqar "meyxanaçı" adını özəlləşdirib?

Cəmiyyət Materials 18 Oktyabr 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr/müx.TrendLife Fəridə Məhərrəmqızı

Şou-biznesin nümayəndələri arasında özünə ləqəb götürmək dəb halını alıb. Bu sözləri meyxanaçı Vüqara da şamil etmək olar. Çünki o, özünü hər yerdə, sadəcə, meyxanaçı Vüqar kimi təqdim edir. Vüqarın bu hərəkətinə etiraz edən bəzi meyxana deyənlər onu "meyxanaçı" adını özəlləşdirməkdə günahlandırıblar. "Baxın, meyxana sənətilə məşğul olanların hamısı, hətta ustadlar da özünə ayrı-ayrı təxəllüslər götürüblər. Vüqar isə özünü elə təqdim edir ki, elə bil ondan başqa meyxanaçı yoxdur"-deyə bir qrup söz ustası TrendLife-a bildirib. Qeyd edək ki, şou-bizneslə maraqlananlar Vüqarın soyadını da bilmirlər.

Məsələ ilə bağlı Vüqarla əlaqə saxlayan TrendLife-in əməkdaşı ondan "Belə çıxmırmı "meyxanaçı" adını özəlləşdirmisiniz?" sualına cavab istəyib.

"Yox, əsla. Meyxana xalqın folklor nümunəsidir. Sadəcə biz ona bir səmt vermək istəyirik. Çalışırıq ki, meyxananı dərindən öyrənək. Ümumiyyətlə, mən dedi-qodudan uzaq insanam. Çalışıram tamaşaçılara sənətimi nümayiş etdirim. İstəyirəm ki, zaman keçdikçə, meyxana bizdən sonra gələn insalara xatirə qalsın"-deyə Vüqar bildirib.

"Bəs "De gəlsin" şousunda niyə iştirak etmədiniz?" sualına cavab verən Vüqar bunu bir sıra səbəblə əlaqələndirib:

"Mən o vaxt maraqlı bir layihə üzərində çalışırdım. həmin verilişdə iştirak ım, layihəmə mane ola bilərdi".

Xəbər lenti

Xəbər lenti