...

Mənsum İbrahimov xalq artisti İslam Rzayevlə razılaşmadı

Cəmiyyət Materials 18 Oktyabr 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /müx. TrendLife Günel Əhmədova/

Gənc xanəndələrin ifasına münasibətini bildirən xalq artisti İslam Rzayev onlarda qüsurların çox olduğunu diqqətə çatdırıb. İslam Rzayevi böyük sənətkar adlandıran xalq aritsti Mənsum İbrahimov TrendLife-a, onun fikri ilə razılaşmadığını bildirdi. Xanəndə bu qənaətdədir ki, çoxlu sayda yeni ifaçıların səhnəyə çıxdığı vaxtda başqa fikir söyləmək düzgün olmazdı. İbrahimov deyir ki, yaxşı muğam ifaçılarının hamısını sevir və dinləyir. Onun fikrincə, hər kəs özü kimi oxuyur: "İstər müasir, istər dünyasını dəyişən, istərsə də tələbə olsun. Mən müəlliməm vəöyrədirəm. Eynizamanda,özüm də öyrənirəm. Bu sənət dəryadır.Heç Kim deyə bilməz ki,hər şeyi bilirəm. Müəllimliyin gözəl xüsusiyyəti ondadır ki, hər gün muğamları təkrarlayırsan". Xanəndə onu da əlavə etdi ki, hər ifaçı müəllim ola bilməz. Dediyinə görə, yaxşı müəllimlərin sayı da azdır. "Müəllim gərək özü bilsin ki, uşağı da öyrədə bilsin. İslam Rzayevin nəzərdə tutduğu uşaqların çoxu bizim tələbələrimizdir. Bakıda Milli Konservatoriya, Asəf Zeynallı adına Musiqi Məktəbini bitirənlər arasında yaxşı tələbələr çoxdur. Onlar göz qabağındadır və gözəl xanəndədirlər".

Xəbər lenti

Xəbər lenti