...

Prokuror sabiq komandir müavininə əmlakı müsadirə olunmaqla 9 iş istəyib

Cəmiyyət Materials 18 Oktyabr 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir, K. Zərbalıyeva/ Prokuror Azərbaycan Silahlı Qüvvələrinin Mühafizə Briqadasının həbsdə olan sabiq komandir müavininin, əmlakı müsadirə olunmaqla, 9 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Cümə axşamı Ağır Cinayətlərə Dair işlər üzrə Hərbi Məhkəmədə sabiq komandir müavini Rasim Muradovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

İyulun 24-də həbs olunan polkovnikə qarşı Cinayət Məcəlləsinin təkrar rüşvət alma (311.3.2-ci) maddəsi ilə ittiham irəli sürülüb.

Prokuror məhkəmə istintaqı zamanı Muradova qarşı irəli sürülən ittihamların tam təsdiqini tapdığını vurğulayıb və ona əsas cəzadan başqa, əlavə cəzanın-hərbi rütbəsinin də ləğv olunmasını xahiş edib.

Proses oktyabrın 19-da vəkilin müdafiə çıxışı və Muradovun son sözü ilə davam etdiriləcək.

Muradov barəsində mart ayında Mühafizə Briqadasının komandiri, polkovnik Mirzəli Yusifov tərəfindən cinayət işi açılıb.

İbtidai istintaq zamanı Muradova rüşvət alma və vəzifədən sui-istifadə ilə bağlı ittihamlar üzrə sübut tapılmadığı üçün, bu ittihamlar onun üzərindən götürülüb.

Xəbər lenti

Xəbər lenti