...

ATƏT Azərbaycan jurnalistlərinin məhkəmə proseslərini izləyəcək (video)

Cəmiyyət Materials 19 Oktyabr 2007 18:09 (UTC +04:00)
ATƏT Azərbaycan jurnalistlərinin məhkəmə proseslərini izləyəcək (video)

Azərbaycan, Bakı / Trend , müxbir K. Ramazanova/ ATƏT həbsdə olan Azərbaycan jurnalistlərinin məhkəmə proseslərini izləyəcək. Bu barədə cümə günü Bakıda ATƏT-in Baş Katibi Mark de Brişanbo məlumat verib.

Azərbaycanda hazırda yeddi jurnalist həbs olunub. Onların əksəriyyəti böhtan və təhqirdə ittiham olunur. ATƏT dəfələrlə "Diffamasiya haqqında" qanunun qəbul edilməsinin mühümlüyü barədə məsələ qaldırıb. Azərbaycanın hakimiyyət orqanları yerli jurnalistlərin bacarıqsız olmasını əsas gətirərək, bundan imtina edib.

Brişanbo qeyd edib ki, jurnalistlərin işi üzrə məhkəmə prosesləri qanuna uyğun olaraq aparılmalıdır.

Xəbər lenti

Xəbər lenti