...

Prodüser Tolik, müğənni Kərimi mavi adlandırdı

Cəmiyyət Materials 19 Oktyabr 2007 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Müğənni Rəqsanə İsmayılova ilə keçmiş prodüseri Təranə Səmədova arasında yaşanan xoşagəlməz olaylar, deyəsən Xətai rayon məhkəməsinin hakimləri tərəfindən həll olunacaq. Bunu mətbuat qarşısında, ittiham ərizəsi yazmış Təranənin özü söylədi. Qeyd edək ki, düzənlədiyi mətbuat kofransında T.Səmədova əsasən həmin günə qədər TrendLife-a danışdığı məsələlərə yenidən ətraflı şərh verməkdə maraqlı oldu. Anası İradə xanımın, Rəqsanə ilə telefon danışığının audio versiyasını KİV nümayəndələri üçün səsləndirən eks prodüser, sənətçidən anasının sələmə götürmüş olduğu pulları tələb etdi. Mətbuat konfransında bir çox fikirlər səsləndi. Qəzet və yerli İnternet saytlarında bu barədə kifayət qədər yazıldığından, biz TrendLife-ın əməkdaşının obyektivlik nümayiş etdirib, mətbuat konfransında hər iki tərəfin sözünün deməsindən söhbət açacağıq. Həmişə qalmaqalların tən ortasından xəbər verən jurnalist Cavanşir budəfə də ənənəsinə sadiq qaldı. Moskvada olan Rəqsanə ilə telefon bağlantısı quran həmkarım, konfrans zalına qayıdan kimi Təranəyə Rəqsanənin dilindən "təbrik" mesajını sələndirdi. Olanlardan təəccüblərini gizlətməyən həm Təranə, həm də həyat yoldaşı Kərim səbəbi ilə maraqlandılar. Jurnalist həmkarım, təbriklə kifayətlənməyib, Rəqsanənin evində ondan müsahibə götürdükləri zaman, onun Təranə ilə söhbətinin lent yazısına qulaq asdığının şahidi olduğunu gizlətmədi. Bayaqdan dil boğaza qoymayan Kərim-Təranə cütlüyü, bu məsələyə o qədər də ətraflı cavab verə bilmədilər. Söhbətin qızışdığı məqamda TrendLife-ın müxbirinin mobil telefonuna bir-başa Moskvadan zəng vuran Tolik, qiyabi olaraq mətbuat konfransının iştirakçısına çerildi: "Məni tanıyanlar, bilirlər ki, Tolik kimdir və oriyentasiyasıda necədir. Bəli, mən maviyəm. Kərim də mavidir. Sadəcə, gizlədir belə olmağını. Məni vadar etməyin, hər şeyi açıqdanışaram. Onsuz da Bakıya gələn kimi media ilə görüşəcəyəm. Sadəcə, Təranədən fərqli olaraq, mən telekanalları - kameramanları çağırmayacağam".

Qeyd edək ki, Tolikin bu açıqlamasından öncə Təranə Toliklə telefonda etdiyi söhbətdən yazılan lent yazısını junalistlər üçün səsləndirdi. Tolik, həmin söhbətində də bütün şəhərdə Kərimin mavi olduğunu söyləyəcəyini iddia edirdi. İki saata yaxın davam edən mətbuat konfransının sonunda Təranə söylədi ki, o, Rəqsanədən yazdığı şikayət ərizəsini artıq Xətai rayon məhkəməsinə təqdim edib. "Mən qoluboy deyiləm"-açıqlaması ilə çıxış edən Kərim də məhkəmə qapısını döyüb, Tolikin, onun şərəf və ləyaqətinə toxunduğu üçün, cərimə ediləcəyinə söz verdi. Günün qəhrəmanı olan Tolik isə, heç nədən qorxmadığını və paytaxta gələn kimi əlində olan bütün faktları üzə çıxaracağını əminliklə söyləyib, bizlərə "hələlik" söylədi.

Xəbər lenti

Xəbər lenti