...

Müğənni "Pişik" Günel qadın alverinə görə həbs olunub?

Cəmiyyət Materials 20 Oktyabr 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Yerli müğənnilərimizdən bəzilərinin adlarının qadın alverində hallanması artıq, demək olar ki, heç kimi təəccübləndirmir. Tamaşaçıların o qədər də rəğbət bəsləmədiyi bu söz-söhbətlərin yeni qəhrəmanı isə müğənni -"Pişik" ləqəbli Günel Ələkbərova olub. Deyilənlərə görə, onun da adı qadın alverində hallanıb və bu səbəbdən də, Günel bir neçə gün məhbus həyatı yaşamağa məcbur qalıb. Eşitdiklərimizin onun da qulağına gəlib çatdığını inkar etməyən müğənni, söz-söhbətlərin şayiə olmasını TrendLife-üçün belə təsdiqlədi: "Haqqımda bu günə qədər min cür şayiə dolaşıb. Amma eşidəndə ki, mənim adımı kimlərsə, belə iyrənc olaylarda hallandırır, tüklərim biz-biz oldu.Necə ola bilər ki, mən həbs olunum? Bütün günümü şəhərdə, el məclislərində, tədbirlərdə keçirirəm. Hər gün dostlarım əhatəmdədir. Əgər belə bir şey olsaydı, mən cəmiyyət içində ola bilərdimmi? TrendLife vasitəsilə sənətimi az da olsa qəbul edən pərəstişkarlarıma deyirəm ki, adıma və şəxsiyyətimə kimsə qara yaxa bilməyəcək. Mən-- Güneləm. Qoy o şər atanlar bilsinlər ki, hər şeyi Allah görür. Mən də cavab verməsəm, Allah onları cəzalandıracaq".

Xəbər lenti

Xəbər lenti