...

Qrossmeyster Şəhriyar Məmmədyarov Hollandiyada keçiriləcək turnirdə qalib gəlmək şansını saxlayır

Cəmiyyət Materials 20 Oktyabr 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Hoqevendə (Hollandiya) keçiriləcək ənənəvi turnirdə qələbə şansını qoruyub saxlayır.

Trend in verdiyi məlumata görə, sonuncu turnirdə gənclər arasında dünya birinciliyinin ikiqat qalibi ağ fiqurlarla Ukraynalı Ruslan Ponomaryevə qarşı oyunun heç-heçə başa vurub və rəqibi ilə birlikdə yarışmada liderliyini davam etdirir. Matçın birinci turunda qrossmeyster oyunu heç-heçə başa vurub və indi hər şey axırıncı turda həll olunacaq və burada Məmmmədyarov Ermənistandan olan Zaven Andriasyana qarşı oynamalı olacaq.

Erməni şahmatçısı holland Lyuk Van Veliyə məğlub olaraq, turnir cədvəlində üçüncü yeri tutub.

Xəbər lenti

Xəbər lenti