...

Azərbaycanın "İnter" klubunun kapitanı bir həftədən sonra məşqlərə qayıda biləcək

Cəmiyyət Materials 20 Oktyabr 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Avropa- 2008 çempionatının Portuqaliyaya qarşı keçirilən seçmə oyununda (0:2) zədə almış "İnter" futbol klubunun kapitanı Emin İmaməliyev yaxın bir həftə ərzində məşqlərə qatıla biləcək.

Trend in verdiyi məlumata görə, bununla əlaqədar, yarımmüdafiəçi "Simurq"a qarşı ökə birinciliyində keçiriləcək oyunu buraxacaq. Lakin həkimlərin fikrincə, Finlandiya qapısına vurulan qalibiyyət qolunun müəllifi aldığı yaranın sağalmasından sonra öz tərəfdaşlarına, "Qarabağ"a qarşı keçirilən qonaqlıq görüşündə kömək edə bilər.

Qeyd edək ki, yığma turnir cədvəlində yeddinci yerdədir və əminliklə liderliyi davam etdirən "Xəzər"dən on xal və 12 bal geri qalır.

Xəbər lenti

Xəbər lenti