...

Müğənni Zamiq: "Abbas Bağırovla düşmən deyiləm"

Cəmiyyət Materials 20 Oktyabr 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Səbəbi bilinməyən "ulduz xəstəliyi"ndən əziyyət çəkən müğənnilərimiz biri-birilərinə "mehriban düşmən" münasibəti heç kəsə sirr deyil. Ancaq onların cəmiyyət arasında gözdən pərdə asıb, münasibətlərin guya normal cərəyan etmələrini sübuta yetirmək sevdaları, deməzdim ki, hər dəfə çin olur. Yəni, elin gözü tərəzidir. Onsuz da tamaşaçı kimin kim olmasını çox gözəl bilir. Birdən elə zənn edərsiniz ki, bu tənqidi girişin qəhrəmanı gənc xanımların "Seks Simsol" kimi qəbul etdikləri müğənni Zamiqdir. Yox, bu heç də belə deyil. Çünki, Zamiq özü də etiraf edir ki, onun hələ bu "xəstəliyə" düçar olmaq fikri yoxdur. Bəs onda sual oluna bilər, niyə Zamiq barəsində xəbər veririk. Bilməyənlərə söyləmək istəyirik ki, sənətə gəldiyi gündən qardaş dediyi həmkarı Abbas Bağırovla aralarında olan dostluq xeyli zəifləyib. Açığı, münasibətləri soyuyub. Abbasın iddialarına görə, Zamiq artıq "ulduzluq bəlası"ndan əziyyət çəkir. Görəsən, sənətçinin özü deyilən iradları qəbul edirmi? TrendLife-ın suallarını məmnuniyyətlə cavablandıran Zamiq, olanlardan elə də uzun-uzadı danışmaq istəyində bulunmadı: "Abbasla münasibətlərimiz tamam başqa, yəni şəxsi məsələlərə görə soyuyub. Bunun ulduzluqla heç bir əlaqəsi yoxdur. Ona sənət yoldaşı kimi yenə hörmətim var. Biz düşmən də deyilik. Onu da vurğulamaq istəyirəm ki, aramızda olanların KİV-də müzakirəsinin də tərəfdarı deyiləm. Bu məsələni yalnız öz aramızda həll etməliyik. Amma dönə-dönə təsdiqləyirəm ki, əsla, o xəstələyi kandarıma buraxmayacağam. Sadəlik hər müğənniyə hörmət gətirir və gətirəcək. Bu sözləri özümə də əminliklə şamil edirəm".

Xəbər lenti

Xəbər lenti