...

Müğənni Günel : " Mən o qədərmi populyar müğənniyəm ki , adımı xoşagəlməz olaylarada adlandırırlar ?"

Cəmiyyət Materials 20 Oktyabr 2007 20:16 (UTC +04:00)

Az ə rbaycan , Bakı / TrendLife müxbir Ş. Cavadsoy / Dünən (19 oktyabr ) TrendLife -a verdiyi açıqlamalarla kifayətlənməyən müğənni - " pişik " ləqəbiylə tanınıb - sevilən Günel Ələkbərova , haqqında gəzən şayiələrə daha geniş müstəvidə son qoymağa qərar verib : " İstəyirəm gəzən söz - söhbətlər hamıya gün kimi bəlli olsun . Gəlin sizə hadisənin lap təfərrüatı ilə danışım . ANS kanalında efirə gedən proqramların birində mən seksual azlıqlar - daha dəqiqi mavilər barəsində öz fikirlərimi bildirmişdim . Həmin verilişdən sonra bəzi qəzetlər yazdı ki , guya mən həmin insanları müdafiə etmişəm . Hesab edirəm ki , fikirlərim cəmiyyət içində düzgün başa düşülməyib . Mən deməmişdim ki , maviləri çıxardıb , başımızda oturdaq . Sadəcə bildirmişdim ki , onlar xəstədir və müalicəyə ehtiyacları var "- deyən müğənni , daha sonra ürəyini bu sözlərlə boşaldıb , fikirlərini belə tamamladı : " Bilmirəm nə səbəbdən gündə bir xanım müğənnisi barəsində belə sözlər gəzib dolaşır . Axı , şayiəbazlar nə istəyirlər bizdən ? Mən o qədərmi populyar müğənniyəm ki , adımı xoşagəlməz olaylarada adlandırırlar ? Elə TrendLife vasitəsi ilə bütün gözləri çıxan düşmənlərimə söyləyirəm ki , bu məsələni belə qoyan deyiləm . Lazımı orqanlara şikayət edib , anti piyar kampaniyama kimin rəhbərlik etməsini özüm üçün aydınlaşdıracağam . Ola bilər ki , gələn həftə mətbuat konfransı edib , jurnalistləri də müğənnilərin müdafiəsində fəal olmağa səslədim . Bəsdir də , daha nə qədər olacaq bu biabırçılıq ? Gündə bir xanıma hansısa əxlaqsızlar şər yaxacaq , biz də göz yumub , susacağıq ? Unutmayın ki , mən əsl azərbaycanlı ailəsində tərbiyə almışam . Və bir daha deyirəm , bu söz - söhbətlər qətiyyən mənə yapışmayacaq ".

Xəbər lenti

Xəbər lenti