...

"Red Bull" un aksiyası BDU gənclərini Nyutonun ixtirasını yeniləməyə vadar etdi

Cəmiyyət Materials 20 Oktyabr 2007 23:19 (UTC +04:00)

Azərbaycan, Bakı /TrendLife müxbir Ş. Cavadsoy/ Esmira, Nata, Nataşa, Viola, Zarina, Anya - bəli məhz bu altı qızın siması yerli şou-biznes əhlinin demək olar ki, hər bir üzvünə çox yaxşı tanışdır. Deyək ki, harada tədbir, şənlik varsa, bu xanımlar qeyri adi maşınlarından yararlanıb, mütləq özlərini sənətçilərin olduqları məkanlara yetirirlər. Bu dəfə isə tam fərqli bir məkana - onlar özləri bəzi müğənniləri münsif kimi dəvət etdilər . Bakı dövlət universitetinin həyətində düzənlənən bu tədbir dünyaca məşhur fizik - a lim İsaak Nyutonun cazibə qanunun yeni versiyasının təqdimatıydı desək , lap doğru səslənərdi . Belə ki , BDU-nun həyətində , enerji içkisi kimi nəinki gənclər , hətta cəmiyyətin bütün zümrələri tərəfindən zövqlə içilən " Red Bull" markasının təqdimatı maraqlı bir şüar altında - " Mən İsaak Nyutonun " Cazibə qanunu " nun tətbiq edilməsi ilə bağlı məsul şəxsəm "- şüarı altında bu günün günorta saatlarında baş tutdu . Aparıcı , yaradıcılığına daim təvazökarlıqla yanaşan Nəsib Nur , sözügedən təhsil sağının həyətində bir çal-çağır qurdu ki , onu sözlərlə ifadə etmək çox çətindi . Keçirdikləri aksiyanın Cənubi Qafqazda ilk dəfə məhz Azərbaycanda gerçəkləşdiyini vurğulayan " Red Bull" un məmləkətimizdə rəsmi distribyutoru -" Cahan red MMC" nin direktoru Rauf İsfəndiyarov , tədbirin əhəmiyyəti barəsində TrendLife-a bunları söylədi : " Niyyətimizi gənclərin dünya görüşlərini daha daha zənginləşdirməkdə onlara təkan verməkdir . Əminəm ki , bu aksiyamız , bütün gəncləri marağına səbəb olacaq və onlar da yaxın gələcəkdə edəcəyimiz tədbirlərə biganə qalmayacaqlar ".

Bir az da tədbirin əsas məramında biz danışaq . Əsas heyəti BDU-nun tələbələrindən ibarət olan yarışmada əsas meyar , gündəlik qida raisonuna daxil etdiyimiz yumurtanın 15 metrlik hündürlükdən heç bir zədə almadan yerdə qoyulmuş hədəfə tullamaqdan ibarət idi. Bunun üçün 26 komanda öz bilik və bacarıqlarını nümayiş etdirdilər . Yəni , gənclərin ixtiraları böyük rol oynamaqlşa bərarəb , onların fiziki bacxarıqlarını da yarışmaya baxanlara çox maraqlı gəlirdi . Təxminən 2 saat davam edən tədbirdə gənclərin ixtiralarını beş münsif qiymətləndirməli idi. " Red Bull" un rəsmi distribyutoru -" Cahan red MMC" nin direktoru Rauf İsfəndiyarov , BDU-nun Mexanika Riyaziyyat fakultəsinin dekan müavini Sərdar Əliyev , müğənnilərdən - Samira , Zamiq , " Dəyirman qrupu " nun solisti - reper ABD Məlik bu işdə çox fəallıq göstərdilər . Samira gənclərə dəstək olsun deyə , öz hitlərindən bir neçəsini iştirakçılar üçün səsləndirməkdən belə çəkinmədi . Qızbın yarış meydanı xatırladan yarışmada , hərə öz ideyasını təqdim etdi . Ancaq seçilənlər isə " Fatehlər " komandasının üzvləri - Bəxtiyar , İldırım və Rəşadət oldular . Onlar münsiflərin vekrdikləri balllara görə həm qran-priyə , həm də " Red Bull" un təsis etdiyi 500 manata sahib oldular . Digər yerləri isə " İlemru " və " Yaysoşlyopı "- komandasının qrupları öz aralarında bölüşdürdülər . Onlara isə 300 və 200 manat pullar mükafatlandırıldılar . O biri iştirakçılar isə həvəsləndirici mükafata-yumurtanın bişirmək üçün təsəlli verici tavaları hədiyyə aldılar . Beləcə , tədbirə yekun vurludu . Qaliblər sevinclərini bölüşməyə , məğlublar isə ruhdan düşməmək üçün yeni-yeni ixtiraların ardınca yol aldılar . Vurğulayaq ki , BDU-nun gənclərini " Nyuton " u n ixtirasını yeniləməyə vadar edən " Red Bull" un bu aksiyasına biz də TrendLife-olaraq iformasiya dəstəyi verdik . Ona görə də Trend-in əməkdaşlarıın təqdim etdikləri həm fotoları , həm də video görüntünü izləməyə dəyər .

Xəbər lenti

Xəbər lenti