...

Neftçinin forvardı bombardirlər siyahısında liderliyin möhkəmləndirdi

Cəmiyyət Materials 23 Oktyabr 2007 05:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Neftçi futbol klubunun hücümçusu Branimir Subaşiç Milli çempionatın bombardirlər siyahısındakı mövqesini möhkəmləndirdi.

Trend in verdiyi məlumata görə, altıncı turun təxirə salınmış "Bakı"ya qarşı 5:1 məğlubiyyətlə başa çatan oyunda serbiyalı hücumçu təsəlli qolu vuraraq, çemiponatdakı qollarının sayının yeddiyə çatdırdı. Onun yaxın rəqiblərdən fərqi üç topa çatıb, bunula da hücumçunun fəxri fərdi priz almaq şansları var. Təxirə salınmış oyunların qəhrəmanı kimi isə "Neftçi" ilə oyunda het-trik edən və hesabında dörd vurulmuş qolu olan "Bakı"nın forvardı Əhməd Ticaninini qeyd etmək lazımdır.

Keçən çempionatın bombardiri "Xəzər"li Zaur Ramazanov isə hələlik üç qolla fərqlənə bilib.

Xəbər lenti

Xəbər lenti