...

Gəncədə kişlərin 64,5 faizi siqaret çəkir

Cəmiyyət Materials 23 Oktyabr 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncədə kişlərin 64,5 faizi siqaret çəkir, çərşənbə axşamı Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstuutu ilə Gəncə şəhər Səhiyyə İdarəsinin birgə keçirdiyi dəyirmi masada bildirilib. İnstutun Gəncədə həyata kevçirdiyi 1600 nəfər arasında sorğu keçirilib. Sorğuda işltirak edən kişilərin 64,5 faizi, qadınların isə 0,6 faizi siqaret çəkdiyini deyib. 15-34 yaş qruplu respandentlərin bildirdiynə görə, onlar gün ərzində 10-40 ədəd siqaret çəkirlər.

Tədbirdə həmçinin bildirilib ki, respublika üzrə keçirilən sorğunun nəticələrinə görə Azərbacyanda kişilərin 60, qadınların isə 20 faizi siqaret çəkir. 1991 ci illə müqaiysədə bu rəqəm müvafiq olaraq 18 və 9,4 faiz artıb.

Xəbər lenti

Xəbər lenti