...

"Azəri Star+" iştirakçılarından yuzerlərə sərt mesaj

Cəmiyyət Materials 23 Oktyabr 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/müxbir TrendLife Şahin Cavadsoy

"Azəri Star+" gənc müğənnilərin mahnı yarışmasında həftələr bir-birini adladıqca, iştiakçılar arasında yaranan qızğın mübarizə də nəzərə çarpacaq dərəcədə güclənir. Müsabiqənin formatı dəyişsə də, nominantlar "toxunulmazlıq kuponu" əldə etmək üçün köməyi pərəstişkarlarından gözləyirlərÖtən gün sayca ikinci efir gününü yenə böyük təmtəraqla yaddaşlarda həkk edən "Azər Star+"çular, Rəşid Behbudov adına Mahnı Teatrında maraqlı bir müsabiqə gündəliyi ilə "Space"TV izləyicilərinin görüşünə gəldilər.

Aparıcılardan biri Əkbər Əlizadə, "Planeta Parni iz Baku"nun "6 günlük dünya" tamaşalarında əsas qəhrəmanlarından biri olduğundan, Lətafət Cəfərova səhnədə təkbaşına tamaşaçıları salamlayıb, hər bir iştirakçıya ayrı-ayrılıqda uğurlar dilədi. Ötən həftənin birincisi Zarina Məmmədovanın "siftə"si başlanan yarşışmada, "zəmanət kuponu" əldə edib, sığortalanmış iştirakçılar- Şəbnəm, Aygün, Ramil, Vüqar, Vaqif, İlahə, Vüsalə.S, Pərviz, Nicat, Elmir, Cavid, Sənan və Yeganə Dünyamalıyeva seçdikləri mahnıları canlı şəkildə ifa etdilər. TrendLife-ın əməkdaşlarının əsas iş yeri olan "gözləmə" otağında sakitlik hökm sürürdü. Nədəsə, qruplaşma rəhbərləri bu dəfə susmağa üstünlük verib, mediaya hansısa məlumatın sızmamasına çalışırdılar. Yadda qalan məqam isə iştirakçı Nicat Cəfərovun canlı yayımla internet istifaçilərinə-daha dəqiqi, yuzerlərə göndərdiyi sərt mesajdan ibarət oldu: "Bizi dəstəkləyən pərəstişkarlara səslənib, hamımızın adından deyirəm ki, uşaqlardan heç biri portallardakı forumlarda yazışmır. Xəbərlər gəzir ki, kimlərsə bizim adımızdan istifadə edib, forumlarda yalan məlumatları müzakirəyə çıxarırlar. Amma, həqiqətən, uşaqlardan heç biri yuzer deyil".

Trend.az - ın informasiya dəstəyini əsirgəmədiyi "Azəri Star+"da, pərdə arxasında daha nələrin yaşandığının şahidi olmaq istəyirsizsə, xəbərlərimizə biganə qalmayın.

Xəbər lenti

Xəbər lenti