...

Müğənni Samiranın başı oruc qəzalarına qarışıb

Cəmiyyət Materials 23 Oktyabr 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/müxbir TrendLife Şahin Cavadsoy

Ramazan bayramından kifayət qədər vaxt ötsə də müğənnilər arasında hələ də ağzı oruz olan sənətçilərimizə rast gəlinir. Götürək elə "Mən gəlirəm" hiti ilə şəhərə səs salan müğənni Samiranı. TrendLife-ın müxbiri ilə söhbətində, sənətçi, dini ayinlərin şişirdilərək KİV- də müzakirəsinin əleyhinə çıxdı: "Namaz qılıb, oruc tutmaq hər müsəlmanın borcudur, o, cümlədən müğənnilərin də. Bunu qeyri-adi hadisə kimi şişirdib, media vasitəsi ilə təqdim etməyi başa düşmürəm. Bütün dinləyicilər bilir ki, Samira neçə ildir İslam dininin buyurduğu qaydaları öz əməllərində yerinə yetirir. Ona görə də bu haqda uzun-uzadı danışmağa ehtiyac görmürəm".

"Allah olan sevginizdən dolayımı ki, Ramazan bayramından sonra da oruc tutursunuz?" sorğusuna Samira, belə münasibət bildirdi: "İndi ağzımın oruc olması, sırf Ramazan ayının bəzi günlərində oruc tutmamağımla bağlıdır. Allahı çox sevirəm və onun məni qoruduğundan da əminəm. Qoy bütün sənətçilər, öz mənəvi dünyasını Tanrı sevgisiylə zənginləşdirsinlər".

Xəbər lenti

Xəbər lenti