...

Azərbaycanın klipmeykeri Stas Rubençik "bir arzum var-- Azərbaycan sivil həyatın rəmzi olsun"

Cəmiyyət Materials 24 Oktyabr 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /müx. TrendLife Amal Rubai/

Azərbaycanın tanınmış klipmeykeri və rejissor, sərt çıxışları ilə şou- biznes aləminə qarşı çıxan Stas Rubençik bu dəfə hakimlər və şadlıq evləri haqqında TrendLife müxbirinə öz fikrini bildird:"Nə vaxt ki, bizdə ədalətli hakimlər olacaq, o vaxt da bizdə qayda-qanun yaranacaq. Biz hakimlərdən, qanun və konstitusiya təmsilçilərindən qorxmalıyıq. Bu qayda-qanun üstündə müstəqil Amerika ölkəsi qurulub. Bu ölkədə hakimləri, polisdən tutumuş yüksək vəzifəli şəxsə qədər, pulla almaq mümkün deyil. Bizim ölkədə isə, qanun pulun qabağında heç nədir. Mənə danışrlar ki, müəllif agentliyinin nümayəndələri şadlıq evlərinə gedərkən, burada səslənən mahnıya görə pul tələb edirlər. Bu, ümümdünya təcrübəsidir və bunun sayəsində dünya mədəniyyəti inkişaf edir. Əgər bizdə bu sistem işləsə hər bir şadlıq evi ayda 100 dollar ödəməlidir. Və buna görə də Azərbaycan bəstəkarları ayda, ən azından, 1000 dollar qazanarlar. Müəlliflər əsərlərinin səslənməsinə görə on minlərlə pul qazanırlar.

-Heç nə eləmədən?

-Bəli. Sən heç kimə yaltaqlıq etmirsən. Ev üçün, maşın üçün heç kimə himn yazmırasan. Qayıdaq şadlıq evlərinə. Şadlıq evlərinin müdriyyətinin yanına müəllif agentliyindən gəlirlər və xahiş edirlər ki, mahnıya görə pul ödəsinlər. Lakin heç kim onlara pul ödəmir. Burda gülməli bir hal yaranır. Müəllif agentliyi onları məhkəməyə verir. Şadlıq evinin sahibi məhkəməyə gəlib, hakimə pul ödəyir. Bilirsiniz, bu axmaqlıqdır. Burda əsas rolu pul oynayır. Lakin başqa ölkələrədə müəllif hüququ birinci yerdədir. Sonda isə bir arzum var. O gün olsun ki, Azərbaycan sivil həyatın rəmzi olsun."

Xəbər lenti

Xəbər lenti