...

Azərbaycanın aparıcı voleybolçularından biri yeni ildən məşqlərə başlayacaq

Cəmiyyət Materials 24 Oktyabr 2007 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycan yığmasının və "AzerReyl" komandasının aparıcı voleybolçularından biri Oksana Məmmədyarova iki aydan sonra məşqlərə başlayacaq.

Trend xəbər verir ki, analıq məzuniyyətində olan idmançı hələ uşağını tərbiyə edir və yeni ildən məşqlərə başlamağı planlaşdırır. Beləliklə, Oksana nəinki Çempionlar Liqasında, noyabrın əvvəlində Eyndhovendə keçiriləcək turnirdə də iştirak edə bilməyəcək. Heyətlə bağlı ciddi problemləri olan kollektiv üçün Məmmədyarovanın qayıtması çox yaxşı olardı. Xüsusilə nəzərə alınsa ki, Yelena Parxomenka dizindən zədə alıb, Oksana Quliyeva və Valeriya Koretenko da zədəlidirlər.

Bir müddət öncə analıq məzuniyyətindən qayıdan Kseniya Kovalenko da məşqlərə başlayıb.

Xəbər lenti

Xəbər lenti