...

Xumar Qədirmova: "Sənəti olmayanlar tarixdə yaşamayacaq"

Cəmiyyət Materials 25 Oktyabr 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

"Mən Xumar xanımam, dəyişkən, gözəl və qeyri- adi..." bu sözlər milli-şou dünyasında yeni "sunami" kimi qəbul edilən Xumar Qədimovanın dilindən tez-tez səslənir. Bəli, o dəyişməyi sevir və bu istəyini həyata keçirməkdə çətinlik çəkmir. Ötən gün şəhərin dəbdəli restoranlarının birində düzənlənmiş məclisdə bunun canlı şahidi olduq. O, qeyri-adi geyim tərzi, makiyajı ilə göz qamaşdırırdı. Məkana girər-girməz bütün məclis əhli onu əsl ulduzlara layiq alqışlarla qarşıladı. Xumar xanımın bu imicinin nə qədər ona yaraşıb-yaşmağına şərh vermək istəmirik. Amma bənzərsiz Qədimova, TrendLife-a danışanda məhz tez-tez dəyişməsinə aydınlıq gətirdi: "Xumar xanım həmişə gözəldir. Sadəcə, bir imicdə qalmağı sevmir. Bu da bütün qadınlar kimi, Xumar xanımı da cazibəli edir".

Söhbət kimin tarixdə qalacağından düşəndə isə, Qədimovanın dilindən bu kəlmələri eşitdik: "Demişəm və bundan sonra söyləyəcəyəm ki, sənəti olmayanlar tarixdə yaşamayacaq. Təvazökarlıqdan uzaq olsa da, bu sözləri qətiyyən özümə şamil etmirəm. Bir də, zaman özü göstərəcək kim tarixdə qalacaq".

Bilirik ki, Xumar xanımın şəkillərinə baxıb, çoxlarınız təəccübləndiniz. Lakin nahaq bu fikirdəsiniz. Çünki, xanım Qədimova artıq komplekslərdən qurtulduğunu bəyan edib, yeniliklərinin hələ bundan belə olacağını əminliklə söyləyir.

Xəbər lenti

Xəbər lenti