...

Azərbaycanın əməkdar atrtisti Faiq Ağayev: "Rəqsanə dəfələrlə zəng vurub məndən üzr istəyir"

Cəmiyyət Materials 25 Oktyabr 2007 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Müğənni Rəqsanə İsmayılovanın yenidən yarımçıq işlərinin başına dönməsi, sənətçinin pərəstişkarları arasında çox normal qarşılanır. Yaşadıqları xoşagəlməz olaylarda baş qəhrəman kimi əməkdar artist, Faiq Ağayevi suçlayan Rəqsanə, indi mərkəzçi mövqedən çıxış edir. Onun belə ampluadan çıxış etməsi, başa düşüləndir. Görünür, Rəqsanə xanım da qəbul edir ki, həmkarları ilə düşmən münasibətlərində olması ona heç də başucalığı gətirməyəcək. Rəqsanənin eks-prodüseri Təranənin keçirdiyi mətbuat konfransında, ünvanına səslənən fikirləri susqunluqla qarşılayan Qızıl şlyagerin ilk cavabı mətbuat katibi Fuad Həsənovun dilindən eşidilmişdi. Məlumat üçün bildirək ki, Təranə, jurnailstlərə təqdim olunan lent yazısını üzə çıxaranda, orada Rəqsanənin dilindən "Bacımı Faiq tutdurub" sözləri eşidilirdi. Müğənninin bacısı Ellada İsmayılovanın adı isə insan alverində hallanırdı. Olub-bitənlərin kifayət qədər müzakirə olunduğunu nəzərə alıb, suallarımızı ittiham olunan tərəfə - Faiq Ağayevin özünə ünvanlandırdıq. Eksklüzivlərini daim TrendLife-la bölüşdüyünü söyləyən əməkdar artistin dediklərini olduğu kimi sizinlə bölüşürük: "Əslində, mətbuat katibim bütün suallara çox ətraflı cavab vermişdi. Özüm istəmirdim belə ürəkaçmayan söz-söhbətlərə aydınlıq gətirim. İnanın, adımın hallandırıldığını eşidəndə sanki, şok keçirdim. Faiq Ağayev məgər elə boş-bekar sənətçidir ki,kiminsə ailə məsələlərində baş qəhrəman mövqeyindən çıxış etsin? Çox absurd və gülməlidir. Amma çox acıyıram Rəqsanənin halına. Heç düşmənimə də arzulamıram belə situasiyaya düşməyi. Yazıq qızın illərlə qazandığı şöhrətini bacısı bir gecəninin içində alt-üst etdi. Bir şeyi başa düşmürəm, hesab edirəm ki, 37-ci ilin repressiyaları dövrünü yaşamırıq ki, kimsə, kimə görəsə məhvə məhkum edilməlidir. Amma dönə-dönə bir daha vurğulayıram ki, bu olaylarda mənim adımın hallanması böyük bir yanlışlıq idi. Rəqsanə dəfələrlə mənə zəng vurub, üzr istəyir. Mən də bağışlayıram. Çünki, Ulu Tanrı bağışladı bir halda, biz bəndələr nə karəyik ki, əfv etməyək.? Allah özü Rəqsanəyə kömək olsun".

Xəbər lenti

Xəbər lenti