...

Lənkəranda dərman zəhərlənməsindən bir nəfər ölüb

Cəmiyyət Materials 26 Oktyabr 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran rayonunda cümə axşamı dərman zəhərlənməsindən bir nəfər ölüb. Trend in bölgə müxbirinin məlumatına görə, rayonun Qumbaşı kəndində 4 uşaq atası 50 yaşlı Həbibov Malik Qəribəli oğlu dərman zəhərlənməsindən dünyasını dəyişib.

Milli Təhlükəsizlik Nazirliy (MTN) bir ay öncə Lənkəran rayonunda keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxta dərman istehsal edən bir neçə sex aşkarlamışdı. Bununla bağlı bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilib və rayonun 10-dan artıq apteki bağlanılıb.

Lənkəran rayon Prokurorunun müavini Mülküm Mahmudov cümə günü bildirib ki, Həbibov əsəb xəstəliyindən, ürək ağrılarından əziyyət çəkib və adı məlum olmayan dərmanı dozadan çox qəbul etdiyindən dünyasını dəyişib. Xəstə Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə ağır formalı dərman zəhərlənməsi diaqnozu ilə daxil olub və onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti