...

Ülviyyə Tağıyeva: "Azəri Star+"dan getmək istəyirəm"

Cəmiyyət Materials 26 Oktyabr 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

"Space" TV-də böyük maraqla izlənilən "Azəri Star+" yarışmasında pərdə arxasında baş verənləri, ilk olaraq, TrendLife, istifadəçilərini məlumatlah. Həftənin çərşənbə günü yaranmış mübahisələrdən bezdiyini söyləyən iştirakçı Ülviyyə Tağıyeva, əsəblərinə hakim olmadan, belə bir mövqedən çıxış etdi: "İnanın, bu kupon məsələsi bütün iştirakçıları bir-birlərinə düşmən edib. Başa düşmürəm, niyə görə "Azəri Star+" a belə bir dəyişiklik edilib. Onsuz da hər dəfə "gözləmə otağı"nda səhnəyə gedəcəyimiz anları gözləyəndə, iştirakçılardan xahiş edirəm ki, əgər üclüyüə qalsam, məni xilas etməsinlər. Vallah, səmimi sözümdür, "Azəri Star+"dan getmək istəyirəm. İllərlə qazandığımız dostluğun bir anın içində məhv olmasını istəmirəm. Yəqin, tamaşaçılar da bu istəyimə hörmətlə yanaşarlar".

Xəbər lenti

Xəbər lenti