...

"Yuğ" teatrının baş rejissoru Vaqif İbrahimoğlu: "Azərbacanda gənc teatr rəssamlarının olmaması bu peşənin nüfuzunun enməsi ilə əlaqəlidir"

Cəmiyyət Materials 26 Oktyabr 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Nazim Bəykişiyevin sərgisində maraqlı söhbətlər mühakirə olundu. Ən çox müzakirə olunan problemlərdən biri də Azərbaycanda dekorasiya üzrə gənc rəssamların olmamasıdır. Öz fikirləri ilə TrendLife-la "Yuğ" teatrının baş rejissoru Vaqif İbrahimoğlu bölüşdü: "Rəssamlıq Akademiyasında teatr rəssamları fakultəsi fəaliyyət göstərir, lakin hələ də bu sahədə problemimiz var. Yəqin bu ona görədir ki, bu gün bu sənət o qədər də nüfuzlu sənət sayılmır. Rəssama eskiz yaratmaq, dekorasiya ilə məşğul olmaq sərf eləmir. Məhz buna görə də gənclər dizayna, reklama, rəsmə daha çox meyl göstərir. Son zamanlar teatra hələ bir nəfər də olsun gənc rəssam gəlməyib. Mən bunu teatr rəssamlarının nüfuzunun düşməsi ilə əlaqələndirirəm."-deyə V. İbrahimoğlu öz fikrini bildirdi.

Xəbər lenti

Xəbər lenti