...

Müğənni Manana Caparidze: "Gürcü vətəndaşına ərə gedəcəyimdən, "Evrovison" arzumu gerçəkləşdirmədim"

Cəmiyyət Materials 26 Oktyabr 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Dünyaca məşhur "Evrovison" mahnı yarışmasında bu il Azərbaycanın kimin təmsil edəcəyi tam dəqiqləşməsə də,bayrağımız mütləq Serbiya paytaxtı Belqradda dalğalanacaq. İştirakçının adı açıqlanmasa da, iki əməkdar artistin - Sevda Ələkbərzadə və Tünzalə Ağayevanın "Evrovison"a qatılmaq şansları çox böyükdür. Bu xəbəri ilk eşidib sevinən isə, gürcü qızı Manana Caparidze oldu.

TrendLife-ın müxbiri ilə söhbəti zamanı ilk əvvəl özünün nə səbəbdən bu müsabiqəyə yollanmadığından danışdı: "Hamı bilir ki, Manana reallıqla yaşayan bir müğənnidir. Hansısa olmayacaq bir işi arzu etmək mənlik deyil. Düzdür, bütün uğurlarıma məhz Azərbaycanda yaşadığım 10 ildə nail oldum. Lakin bütün şəhərə səs salan xəbərdən aydın görünür ki, , həmyerlim olan Georgiylə ailə həyatı quracağam. Yəni, mütləq vətəndaşlığımla bağlı məsələ gündəmə gələcək. İnanın, mən həmişə deyirəm ki, Gürcüstan-Azərbaycan sözləri məna görə bir mənanı verir. Biz iki mehriban qonşu dövlət olsaq da, mən hər respublikanı öz doğma vətənim kimi qiymətləndirirəm. Doğru sözümdür, öz istəyim oldu ki, Azərbaycanımızı "Evrovison"da əsli-kökü azərbaycanlı olan bir sənətçi təmsil etsin. Mən də böyük məmnuniyyətlə həmin insandan öz dəstəyimi əsirgəmərəm. O ki, qaldı Sevda xanımla Tünzalə Ağayevanın "Evrovision"da iştirakı məsələsi, vallah, bu xəbər də məni çox şad etdi. Onların hər ikisinin çox güclü potensiala malik olmaları hər birimizə gün kimi aydındır. Əminəm ki, onlarin ikisi də Azərbaycana qalibiyyət - birincilik gətirə bilərlər".

Xəbər lenti

Xəbər lenti