...

18 yaşlı ananın müəmmalı ölümü ilə bağlı altı həkim cəzalandırılıb

Cəmiyyət Materials 26 Oktyabr 2007 17:31 (UTC +04:00)
18 yaşlı ananın müəmmalı ölümü ilə bağlı altı həkim cəzalandırılıb

Azərbaycan, Tovuz / Trend , müxbir K.Almədətov/ Qazax rayonunda əkiz uşaq anası 18 yaşlı Günay Məmmədovanın müəmmalı ölümü ilə bağlı rayon mərkəzi xəstəxanasının 6 həkimi cəzalandırılıb.

Oktyabrın 20-də doğuş zamanı Məmmədovanın səhhəti pisləşib və bir gün sonra dünyasını dəyişib. Mərhumun ailəsi Məmmədovanın həkimlərin məsuliyyətsizliyi üzündən öldüyünü iddia edir.

Cümə günü Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov 6 həkimin cəzalandırıldığını deyib. Birinci Şıxlı kənd tibb məntəqəsinin biş həkim və mama-ginekoloqu, 2-ci Şıxlı doğum şöbəsinin müdiri, doğum evinin növbətçi həkimi və növbətçi tibb bacılarıı və xəstəni doğuşadək müalicə edən həkim, qadın məsləhətxanasının ginekoloqu Məşədiyevaya şiddətli töhmət verilib.

Cəzalanan həkimlər sırasında Mərkəzi doğum evinin növbətci həkimi Diləfrüz Cəfərova yoxdur. Baş həkim mərhumun ölümündə onun günahının olmadığını deyib.

Novruzov və bir neçə həkim cümə günü mərhumun yas mərasimində iştirak edib və onun ailəsindən həkimlərdən şikayətçi olmamalarını xahiş ediblər.

Məmmədovanın anası isə, bu işin barışıqla həll olunmasını mümkünsüz hesab edib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib.

Qazaxın 2-ci Şıxlı kənd sakini Günay Məmmədova oktyabrın 19-da, saat 15.30 radələrində doğuş üçün kənd xəstəxanasına müraciət edib. Xəstənin vəziyyətinin ağır olduğunu biləndən sonra, heç bir tibbi yardım göstərmədən,Məmmədova Qazax rayon Mərkəzi Doğum Evinə göndərilib.

Xəstə, heç bir diaqnoz qoyulmadan, müayinə aparılmadan doğuşa aparılıb.

Mərhumun həyat yoldaşı Vüqar Mustafayev bildirib ki, yoldaşında hipertoniya xəstəliyi olub. Doğuşdan sonra Məmmədovanın təzyiqi kəskin yüksəldiyindən, o, Qazax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstə oktyabrın 20-də saat 17 radələrində xəstəxanada dünyasını dəyişib.

Qazax rayon Mərkəzi Doğum Evinin müdiri Aynur Namazlı, növbətçi həkim Diləfrüz Cəfərova Trend in əməkdaşına bildiriblşər ki, xəstə ağır vəziyyətdə qəbul olunduğu üçün, onun müayinəsi aparılmayıb və təcili doğuş həyata keçirilib. Birinci uşaq doğulandan sonra o, müayinə olunub.

Xəbər lenti

Xəbər lenti