...

Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək yeni hakim namizədləri müəyyənləşdirir

Cəmiyyət Materials 29 Oktyabr 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanı İnsan Haqları üzrə Avropa Məhkəməsində təmsil edəcək hakim namizədlərin siyahısı gələn ayın 15-də müəyyənləşəcək.

Avropa Şurasının Parlament Assambleyası payız sessiyasında Azərbaycan hökumətinin Avropa Məhkəməsinə təqdim etdiyi hakim namizədlərin siyahısını qəbul etməyib. Siyahının geri qaytarılmasına səbəb namizədlərin AŞPA-nın meyarlarına uyğun gəlməməsi olub. AŞPA Azərbaycan hökumətinə yeni namizədlərin hazırlanmasını tövsiyyə edib.

Təqdim olunmuş namizədlər siyahısında Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki hakimimi Xanlar Hacıyev, Ali Məhkəmənin hakimi Zakir Quliyev və Prezidentin İcra Aparatının əməkdaşı Səadət Novruzovanın adları olub.

Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri Cavid Hüseynov bazar ertəsi Trend ə bildirib ki, namizədlərin müəyyənləşdirilməsi üçün elan verilib. Ayrı-ayrı dövlət təşkilatları Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək namizədlərlə bağlı öz təkliflərini MHŞ-ya təqdim edəcəklər.

Aparatın rəhbəri bildirib ki, verilmiş təkliflər müəyyənləşdiriləcək və namizədlərin siyahısı təsdiqlənərək AŞPA-ya təqdim olunacaq.

Avropa Şurası Parlament Assambleyası Azərbaycanla eyni vaxtda Bolqarıstan, Moldova, San-Marino və Türkiyənin İnsan Haqları üzrə Avropa Məhkəməsinə namizədlərini də qəbul etməyib.

Xəbər lenti

Xəbər lenti