...

Parlamentin komissiya sədri: "Çağırış yaşlı aspirantlara möhlət verilməlidir"

Cəmiyyət Materials 30 Oktyabr 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend ,müxbir İ.Əlizadə/ Bu gün aspirant olan, "Təhsil haqqında" yeni qanun qəbul olunduqdan sonra doktorant adlandırılacaq şəxslərə hərbi xidmətlə bağlı möhlət verilməlidir. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komisiyasının sədri, deputat Şəmsəddin Hacıyev məlumat verib.

"Burada təxminən 500 nəfərə yaxın gəncə aspirantdan söhbət gedir. Onlara elmi işlərini davam etdirməyə imkan yaradılmalıdır", -deyə Hacıyev əlavə edib.

2007-ci ilin yazında Azərbaycan parlamenti "Hərbi xidmət keçmənin əsasları haqqında" Qanuna dəyişiklik edib. Həmin dəyişikliklə ail məktəbin bakalavr pilləsini bitirib, magistraturaya daxil olmaq istəyən çağırışçıların və çağırış yaşlı asprinatların hərbi xidmətə aparılması ilə bağlı möhlətləri ləğv olunub.

Hakim Yeni Azərbaycan Partiyası "Hərbi xidmət keçmənin əsasları haqqında" Qanuna yenidən dəyişiklik edilməsi və aspirantlara verilən möhlətin bəpra olunması ilə bağlı layihə hazırladığını açıqlayıb.

Hacıyev qeyd edib ki, gələcəkdə yenidən aspirantlara möhlət verilməsi məsələsinə qayıtmaq lazım olacaq.

Komissiya sədri "Təhsil haqqında" yeni qanun layihəsində bu məsələnin necə əks olunduğunu açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti