...

"Yağ kimi" Türkiyəyə yol alır

Cəmiyyət Materials 30 Oktyabr 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"ATV"nin ən baxımlı verilişlərindən olan "Yağ kimi" layihəsinin çəkilişləri artıq məmləkətimizin hüdudlarından kənarda da arparılır. Yəqin müğənni Xəyyamla aparıcı Zaur Baxşəliyevin Moskva sərgüzəştləri çox maraqla izləmisiniz. Xəbəriniz olsun ki, təkrarolunmaz Zaurun səs-sorağı indi də qonşu Türkiyədən - qədim İstanbul şəhərindən gələcək. Bu haqda TrendLife-a verilişin müəllifi Baxşəliyev eksklüziv xəbər verdi: "Noyabrın 2-də Türkiyəyə yollanacağıq. Hazırda üç müğənni ilə danışıqlar aparılıb. Çəkilişlər müğənni Çelik, İzzət Yıldızhan, Gülşənlə olacaq. Çox güman ki, çəkib gətirəcəyimiz bu görüntülər yenə də fərqlənəcək. İnşallah, noyabrın 7-də vətəndə olacağıq. Söz verirəm ki, qayıdanda təəssüratlarımı eksklüziv olaraq TrendLife-la bölüşəcəyəm".

Xəbər lenti

Xəbər lenti