...

Həbsxanalarda ictimai nəzarəti həyata keçirən Komitənin yeni tərkibi formalaşdırılıb

Cəmiyyət Materials 31 Oktyabr 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Həbsxanalarda ictimai nəzarəti həyata keçirən Komitənin yeni tərkibi formalaşdırılıb.

Ədliyyə Nazirliyi İctimai Komitənin yeni tərkibinin hansı qeyri -hökumət təşkilatlarından formalaşdırıldığı barədə məlumat vermir.

Ötən ilin sentyabrında formalaşmış ədliyyə naziri yanında məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin üzvləri bir il ərzində 19 həbsxanaya 42-dən çox başçəkmə həyata keçirib. Başçəkmənin nəticələri üzrə ədliyyə nazirinə müvafiq hesabatlar təqdim olunub.

Nazirliyin İnsan Hüquqları və İnformasiya İdarəsinin rəisi, İctimai Komitənin Seçki Komissiyasının sədri Faiq Qurbanov Trend ə bildirib ki, komissiyanın bu gün keçirilən iclasında Komitənin yeni tərkibi formalaşdırılıb.

İclasda Komitənin bir il ərzində gördüyü işlər haqqında hesabatlar dinlənilib, Komitə üzvlərinin bir illik fəaliyyətləri qiymətləndirilib, qurumun fəaliyyətində iştirak etmək arzusunda olan QHT-lərin, hüquq müdafiəçilərinin Komissiyaya təqdim etdikləri proqram və təkliflərə baxılıb.

Xəbər lenti

Xəbər lenti