...

: Spirinter Ramil Quliyev 2012-ci il Olimpiya Oyunlarına hazırlaşır - Azərbaycanın Yüngül Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə

Cəmiyyət Materials 1 Dekabr 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Sprinter Ramil Quliyevin Olimpiadada çıxışı 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarına hazırlıq mərhələsi olacaq" - deyə Azərbaycanın Yüngül Atletika Federasiyasının prezidenti, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Trend ə müsahibəsində bildirib.

Hüseynzadənin sözlərinə görə, bu mərhələdə gənclər arasında dünya çempionatının bürünc mükafatçısına planetin ən güclü qaçışçıları ilə rəqabət aparmaq çətin olacaq. "Yüngül atletikada yeni başlayan idmançı üçün tanınmış liderlərlə rəqabət aparmaq elə də asan deyil. Buna görə də Ramilin Pekinə getməsi sınaqlar üçün yaxşı bir poliqon və 2012-ci il Olimpiya oyunlarına hazırlıq üçün bir tramplindir" - deyə Hüseynzadə qeyd edib.

Qeyd edək ki, Quliyev liseniziyanı 200 metr məsafəyə qaçışda qazanıb.

Xəbər lenti

Xəbər lenti