...

Qış aylarında Bakı məktəblərinin yalnız 16%-i qızdırılır

Cəmiyyət Materials 1 Dekabr 2007 13:56 (UTC +04:00)
Qış aylarında Bakı məktəblərinin yalnız 16%-i qızdırılır

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Qış aylarında Bakının 330 ümumtəhsil məktəbindən yalnız 16%-i qızdırılır. Azərbaycanın təhsil naziri Misir Mərdanovun şənbə günü məktəblərin qızdırılması problemlərinə həsr olunmuş kollegiyada verdiyi məlumata görə, bu fakt Azərbaycanın Təhsil Nazirliyinin qış mövsümünə keçid ərəfəsində apardığı monitorinq zamanı aşkar olunub.

Monitorinq zamanı 250-dən çox məktəbin istilik sisteminin əsaslı təmirə ehtiyacı olduğu da məlum olub. Nazir digər problemlər sırasında istilik siseminin köhnəlməsini, enerji və qaz borclarının olmasını, mütəxəssislərin olmamasını da sadalayıb. Nazilik ilin sonunadək 156 ümumtəhsil məktəbinin istilik sistemini təmir etmək barədə qərar qəbul edib.

Nazir məktəb direktorlarını, paytaxtın enerji və qaz təminatı idarələrinin rəhbərlərini qalan qısa müddət ərzində məktəblərin qızdırılması problemini həll etməkdə nazirliyə kömək etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti