...

Azərbaycan Kamera Teatrı Türkiyədə keçirilən festivalda fəxri diplomla təltif olunub

Cəmiyyət Materials 4 Dekabr 2007 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycan Dövlət Kamera Teatrı Türkiyədən qayıdıb. Teatr kollektivi orada Benəlxalq Festivalda iştirak edib. Ankarada keçirilən festivalda müxtəlif ölkələrin teatr truppaları çıxış edib. Teatr rəhbərliyinin TrendLife-a verdiyi məlumata görə, festivalda onlar "İtlər" adlı tamaşanı təqdim ediblər. Tamaşanın müəllifi İlqar Fəhmi, Oqtay Kazımi, rejissoru xalq artitsi Cənnət Səlimovadır. Əsas rollarda isə əməkdar artistlər Nofəl Vəliyev, İlqar Cahangirov, Seyidşah Məmmədov, Şövqü Hüseynov, Gülər Nəbiyeva, Leyli Vəliyeva çıxış ediblər. Qeyd edək ki, Kamera Teatrı ölkəyə fəxri diplomla qayıdıb.

Xəbər lenti

Xəbər lenti