...

Azərbaycan həbsxanalarında əməkdaşların səriştəsizliyi korrupsiyaya gətirib çıxarır - Avropa Şurasının eksperti

Cəmiyyət Materials 6 Dekabr 2007 13:22 (UTC +04:00)
Azərbaycan həbsxanalarında əməkdaşların səriştəsizliyi korrupsiyaya gətirib çıxarır - Avropa Şurasının eksperti

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Bir sıra post -sovet ölkələrində həbsxana əməkdaşları səriştəsizdirlər ki, bu da korrupsiya və məhbuslarla pis rəftara gətirib çıxarır. Bu barədə jurnalistlərə cümə axşamı Avropa Şurasının eksperti Berten Osterdal məlumat verib.

"Bir çox post sovet ölkələri üçün həbsxana işçilərinin öz vəzifələrini yerinə yetirməməsi və korrupsiyaya şərait yaratmaları adi bir haldır. Azərbaycan da post-sovet ölkəsi kimi bu baxımdan istina deyil" - deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, digər bir problem məhbusların işlə təmin edilməsi ilə bağlıdır. Ekspert "məhbusların məcburi əməyə cəlb edilməsini vacib" hesab edir.

Osterdalın fikrincə, müxtəlif yaş kateqoriyalarına malik məhbusların bir kamerada saxlanması da neqativ haldır. "Bundan əlavə, həbsxanalarda vərəmin yayılması məsələsi hələ də aktual olaraq qalır" - deyə ekspert əlavə edib.

Xəbər lenti

Xəbər lenti